
Bakı. Trend:
Tərtər rayonunda avtomobil iki qadını vuraraq öldürüb.
Trend-in
məlumatına görə, hadisə avqustun 18-də baş verib.
Belə ki, Zülfüqar Bayramovun idarə etdiyi “VAZ-21074” markalı
avtomobil Ağdam-Bərdə magistral avtomobil yolunun Tərtər rayonunun
Hüsənli kəndi ərazisindən keçən hissəsində Mahirə Qədimova və
Cəmilə Zeynalovanı vurub.
Hadisə nəticəsində hər iki piyada ölüb.
Faktla bağlı araşdırma aparılır.

