“Volkswagen” 50 min iş yerinin ixtisarını təsdiqləyib

Baş səhifə

Bakı.Trend:

“Volkswagen” şirkətinin İdarə Heyəti 50 min iş yerinin
ixtisarını, model seriyasının yarıya qədər azaldılmasını və dörd
zavodda avtomobil istehsalının dayandırılmasını nəzərdə tutan
genişmiqyaslı sərt büdcə islahatlarını təsdiqləyib.

İxtisar planı konsernin baş direktoru Oliver Blume tərəfindən
daha aşağı istehsal xərclərinə malik Çin istehsalçılarının
yaratdığı rəqabətə və ABŞ-nin tariflərinin mənfi təsirinə cavab
olaraq təklif edilib. Nəticədə, o, şirkətdə pay sahibi olan Aşağı
Saksoniya federal torpağının hakimiyyət orqanlarının və işçilərin
həmkarlar ittifaqlarının müqavimətini dəf edib.




“Volkswagen” investorlarına bildirib ki, bu təkrar
strukturlaşdırma şirkətin tarixində ən genişmiqyaslı transformasiya
proqramı olacaq.

Volkswagen-də təxminən 650 min nəfər çalışır. Şirkət ilin
birinci yarısında Çində satışların azalması səbəbindən vergilər
ödənildikdən sonra əldə olunan mənfəətin 30 faiz azaldığını
açıqlayıb.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir