
Bakı. Trend:
“Barselona” rekord gəlir əldə etməsinə baxmayaraq, ötən mövsüm
üçün zərəri açıqlayıb.
Daha əvvəl Kataloniya klubu 2025/26 mövsümündə rekord gəlir əldə
etdiyini -1 milyard avrodan çox açıqlamışdı.
Kataloniya klubu ardıcıl üçüncü ildir zərər qeydə alır. Klubun
gəliri 1,06 milyard avro təşkil etsə də, maliyyə ili 18 milyon avro
zərərlə başa çatıb. Sentyabrın 19-da klub üzvləri ümumi toplantıda
maliyyə hesabatını təsdiqləməlidirlər.
“Barselona” ötən il olduğu kimi, zərərin aradan qaldırıldığını
bildirir. Klubun fikrincə, əsas fəaliyyət üzrə gəlirlər mənfəət
göstərsə də, fövqəladə xərc maddələri maliyyə göstəricilərinə mənfi
təsir göstərməkdə davam edir.
Əsas problem №Barça Productions” şirkətinin dəyərinin silinməsi
ilə bağlıdır. Klubla əlaqəli bütün audiovizual, rəqəmsal və əyləncə
məzmununun yaradılması, yayılması və kommersiyalaşdırılmasına tam
cavabdeh olan bu media şirkətinin dəyəri başa çatan maliyyə ilində
23 milyon avro azaldılıb. Nəticədə şirkətin ümumi dəyəri 116 milyon
avro təşkil edib.
Növbəti mövsümdə Kataloniya klubu “Barça Productions”
şirkətindəki payına görə aktivin dəyərini daha 90 milyon avro
azaldaraq ümumi məbləği 178 milyon avroya endirdi. Hazırda
“Barselona”nın şirkətdəki payı 63 faiz təşkil edir.
Bu problemin həlli ya “Barça Productions” şirkətinin dəyərinin
artırılması, ya da yeni investorların cəlb edilməsi ola bilər.
Lakin ikinci variantın reallaşması az ehtimal olunur. Bu baş verənə
qədər “Barselona” aktivin dəyərini tədricən azaltmağa davam etməli
olacaq.

