Merkurinin kiçildiyi müəyyənləşib

Baş səhifə

Bakı. Trend:

Günəş sisteminin ən kiçik və Günəşə ən yaxın planeti olan
Merkurinin zaman keçdikcə kiçildiyi və hətta düşünüldüyündən 10-30
faiz daha çox kiçilmiş ola biləcəyi müəyyən edilib.

Alimlər Merkurinin milyardlarla il əvvəl isti planet kimi
formalaşdığını, zaman keçdikcə daxili istiliyini itirərək
soyuduğunu və nəticədə kiçilməyə başladığını bildirirlər.

Bu soyuma prosesi planetin qabığında nəhəng qayalı uçurumların
və qırışıqların yaranmasına səbəb olub. Uzun müddətdir məlum olan
bu strukturlar Merkurinin ölçüsünün kiçildiyinin əsas sübutlarından
biri hesab olunur.

Yeni araşdırma asteroid və kometaların toqquşması nəticəsində
yaranan qalıq təbəqəsinin Merkurinin səthindəki kiçilmə izlərini
gizlətdiyini göstərib.




Alimlər MESSENGER kosmik aparatından əldə edilən məlumatları
araşdıraraq səthin nahamarlığı ilə qırışıqlar arasındakı əlaqəni
təhlil ediblər.

Aparılan hesablamalara görə, Merkuri əvvəllər təxmin ediləndən
10-30 faiz daha çox kiçilmiş ola bilər.

Merkurinin nə qədər kiçildiyini dəqiq müəyyənləşdirmək alimlərə
planetin nəhəng metal nüvəsi və daxili quruluşu haqqında mühüm
məlumatlar verə bilər.

Davam edən BepiColombo missiyası çərçivəsində toplanacaq yeni
topoqrafik məlumatların Merkurinin kiçilmə dərəcəsini
dəqiqləşdirməsi və planetin daxili quruluşu ilə bağlı suallara
aydınlıq gətirməsi gözlənilir.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir