Seyid Yəhya Bakuviyə həsr olunmuş beynəlxalq konfransın iştirakçıları Xankəndidə olublar – FOTO

Baş səhifə

Sentyabrın 16-da Türk Dövlətləri Təşkilatının (TDT) Müsəlman Dini İdarə Rəhbərləri Şurasının 7-ci görüşü çərçivəsində keçirilən beynəlxalq elmi-praktiki konfransın iştirakçıları Ağdam və Xocalı şəhərlərindən sonra Xankəndiyə səfər ediblər.

APA-nın Qarabağ bürosu xəbər verir ki, qonaqlar Xankəndidə Zəfər meydanı və Zəfər parkı ilə tanış olublar.

Daha sonra nümayəndə heyətinə şəhərdə aparılan bərpa, tikinti və abadlıq işləri barədə məlumat verilib. Qonaqlar Xankəndidə görülən işlərdən məmnunluqlarını ifadə ediblər.

Konfrans iştirakçıları daha sonra Şuşa şəhərinə yola düşüblər.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir