ABŞ Beynəlxalq Cinayət Məhkəməsinə sanksiya tətbiq edib

Baş səhifə

ABŞ administrasiyası Beynəlxalq Cinayət Məhkəməsinə (ICC) qarşı sanksiyalar tətbiq edib.

Modern.az xəbər verir ki, bunu ABŞ dövlət katibi Marko Rubio açıqlayıb. O bildirib ki, məhkəmə ilə maliyyə və kommersiya əməliyyatları qadağan ediləcək, qurumun resursları və fəaliyyət imkanları məhdudlaşdırılacaq.

Rubio deyib ki, Vaşinqton ICC və Roma Statutuna üzv dövlətlərə ABŞ-nin narahatlıqlarını aradan qaldırmaq üçün danışıqlar imkanı verir. O, nəticə əldə olunmayacağı təqdirdə tədbirlərin daha da sərtləşdirilə biləcəyini vurğulayıb.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir