Bakıda 4 avtomobilin iştirakı ilə zəncirvari qəza baş verib, xəsarət alanlar var – FOTO

Baş səhifə

Bakının Ziya Bünyadov prospektində 4 avtomobilin iştirakı ilə zəncirvari yol-nəqliyyat hadisəsi baş verib.

APA xəbər verir ki, hərəkətdə olan VAZ-2107 markalı avtomobil texniki nasazlıq səbəbindən qəfil dayanıb. Bu zaman arxadan gələn “Opel” markalı avtomobil ona çırpılıb.

Daha sonra eyni istiqamətdə hərəkət edən digər VAZ-2107 və BYD markalı avtomobillər də qəzaya uğrayan nəqliyyat vasitələri ilə toqquşub.

Hadisə nəticəsində iki sürücü xəsarət alıb. Yaralılar təcili tibbi yardım avtomobilləri ilə xəstəxanaya çatdırılıblar.

Qəza səbəbindən prospektdə nəqliyyat sıxlığı yaranıb. Hadisə yerinə polis əməkdaşları cəlb olunub, avtomobillərin yoldan kənarlaşdırılması istiqamətində işlər aparılır.

Faktla bağlı araşdırma aparılır.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir