
Bakı. Trend:
Azərbaycan Mərkəzi Bankı (AMB) 2026-cı ilin sonuna ölkədə ümumi
daxili məhsulun (ÜDM) artımının 4,3 faiz, 2027-ci ildə isə 2,3 faiz
təşkil edəcəyini proqnozlaşdırır.
Trend-in tədbirdəki müxbiri xəbər verir ki, bunu AMB-nin sədri
Taleh Kazımov faiz dəhlizinin parametrlərinə dair cümə axşamı
keçirilən mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, cari il üzrə iqtisadi artım proqnozu
yuxarıya doğru yenilənib. Qeyri-neft-qaz sektorunda ÜDM artımının
isə 2026-cı ildə 2,8 faiz, 2027-ci ildə 4,3 faiz olacağı
gözlənilir.
T.Kazımov qeyd edib ki, sentyabr ayının nəticələrinə əsasən,
qeyri-neft-qaz ÜDM-in artımı 2,6 faiz təşkil edib. Bu artımı
dəstəkləyən əsas sahələr turizm, ticarət, rabitə və nəqliyyat
sektorlarıdır.
AMB sədri, həmçinin ölkənin valyuta ehtiyatları ilə bağlı
məlumat verib. Onun sözlərinə görə, Mərkəzi Bankın valyuta
ehtiyatları 15,4 milyard ABŞ dollarına çatıb ki, bu da Azərbaycanın
müstəqillik tarixində ən yüksək göstəricidir.
T.Kazımov cari əməliyyatlar balansının proqnozlarına da
qayıdaraq, xarici sektor üzrə göstəricilərin ölkənin makroiqtisadi
vəziyyətinin qiymətləndirilməsində mühüm əhəmiyyət daşıdığını
vurğulayıb.

