Antalya meriyasında əməliyyat – 25 nəfər saxlanılıb

Baş səhifə

Bakı. Trend:

Türkiyənin Antalya Böyük Şəhər Bələdiyyəsinə qarşı korrupsiya
ittihamları üzrə aparılan istintaq çərçivəsində meriyada növbəti
əməliyyat-axtarış tədbirləri keçirilib.

Trend bu barədə
Türkiyə mediasına istinadən xəbər verir.

Əməliyyat Antalya meri Muhittin Böcek və onun oğlu Gökhan
Böcekdən alınan və CHP-dəki rüşvət şəbəkəsini ifşa edən ifadələr
əsasında, Antalya Baş Prokurorluğunun koordinasiyası ilə həyata
keçirilib.




Əməliyyat çərçivəsində 25 nəfərin saxlanıldığı bildirilir.
Şübhəlilərin polis idarəsində istintaq hərəkətlərinin davam etdiyi
qeyd olunub.

İstintaqın əhatə dairəsinə dair detallara yaxın saatlarda
aydınlıq gətiriləcəyi gözlənilir.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir