İran öz qanuni hüquqlarını müdafiə etməkdən geri çəkilməyəcək – Pezeşkian

Baş səhifə

Bakı. Trend:

İran öz qanuni hüquqlarını müdafiə etməkdən geri çəkilməyəcək və
ABŞ ilə dialoq təslim olmaq anlamına gəlmir.

Trend xəbər verir ki,
bu fikirləri İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkian
X sosial şəbəkəsində paylaşımında bildirib.




“Dialoq təslim olmaq demək deyil. İran heç vaxt xalqın və
ölkənin qanuni hüquqlarından geri çəkilməyəcək. Biz xalqa xidmət
edəcək, İranın maraqlarını və ləyaqətini bütün gücümüzlə müdafiə
edəcəyik”, – deyə paylaşımda vurğulanıb.

Qeyd edək ki, Tehran və Vaşinqton arasında münasibətlərdə
gərginlik davam edir. Tərəflər arasında aparılan danışıqlarda bir
sıra məsələlər üzrə fikir ayrılıqları hələ də qalmaqdadır.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir