Ucarda yol qəzası olub, yaralı var

Baş səhifə

Ucarda yol qəzası olub, xəsarət alan var.

APA– nın yerli bürosunun xəbərinə görə, hadisə rayonunun Təzə Şilyan kəndi ərazisində qeydə alınıb.

Rayonunun Alpout kənd sakini, 1995-ci il təvəllüdlü Abbasov Təbriz Namudar oğlunun idarə etdiyi “Hyundai Santa Fe” və Balakən rayonunun Katex kənd sakini, 1981-ci il təvəllüdlü Əbəciyev Kamran Əsəbömer oğlunun idarə etdiyi “Opel Astra” markalı avtomobillər toqquşub.

Nəticədə “Hyundai SantaFe”nin sərnişini, Ucar rayonunun Alpout kənd sakini, 1960-cı il təvəllüdlü Rzayeva Əminə Əlikişi qızı xəsarət alıb.
Fakt araşdırılır

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir